EN

Avropa ölkəsindən Zelenskiyə sərt cavab: Yalamdır, bizi yox, özünüzü qoruyursunuz

Macarıstan Ukrayna Prezidenti Vladimir Zelenskinin ukraynalıların bu gün döyüş meydanında Avropanı müdafiə etdikləri barədə açıqlamalarını yalan hesab edir.

Publika.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto CNN Türk-ə verdiyi müsahibədə bildirib.

Diplomat vurğulayıb ki, Avropa ölkələri Ukraynada baş verənlərə görə heç bir məsuliyyət daşımır.

Siyarto xatırladıb ki, Avropa ölkələrinə müdafiəsini Ukrayna deyil, NATO təmin edir: Ukrayna özü üçün mübarizə aparır. Xarici işlər naziri həmçinin qeyd edib ki, Macarıstan Rusiyanın hücumu başlayandan bəri Kiyevə heç vaxt silah verməyib.

Chosen
17
32
publika.az

10Sources