EN

Trampın səbri tükənib – Müharibə başlayacaq?

“Channel 12″nin məlumatına görə, Ağ Ev İsrailə İranın nüvə proqramı ilə bağlı danışıqların demək olar ki, nəticəsiz qaldığını bildirib.

KONKRET.az xəbər verir ki, Tehran ABŞ prezidenti Donald Trampın tələblərini qəbul etmədiyi üçün diplomatik proses dalana dirənib.

İsrail rəsmiləri hesab edir ki, Tramp İrana zərbə endirmək niyyətindədir. Lakin hərbi addımı əsaslandırmaq üçün əvvəlcə diplomatik imkanların tam tükəndiyi göstərilməlidir.

İsrail kəşfiyyatının sabiq rəhbəri Amos Yadlin ABŞ-İran qarşıdurmasının yaxın günlərdə başlaya biləcəyini deyib və tərəflərin toqquşmaya əvvəlkindən daha yaxın olduğunu bildirib.

Bu arada Tehran və ətraf şəhərlərdə gecə saatlarında hökumət əleyhinə şüarlar səsləndirilib. Quds şəhərində “Bu son döyüşdür, Pəhləvi qayıdacaq”, digər yerlərdə isə “Xameneiyə ölüm”, “Diktatora ölüm”, “Şah yaşasın” şüarları eşidilib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Chosen
37
1
konkret.az

2Sources