EN

Dağlıq ərazidə axtarış-xilasetmə ilə bağlı təlim keçirilib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi 2026-cı ilin hazırlıq planına uyğun olaraq "Dağlıq ərazidə axtarış-xilasetmə vərdişlərinin təkmilləşdirilməsi" mövzusunda təlim keçirib.

BAKU.WS FHN-ə istinadən xəbər verir ki, təlimin keçirilməsində əsas məqsəd xilasedicilərin mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə xilasetmə əməliyyatlarının aparılması üzrə bacarıq və vərdişlərinin daha da təkmilləşdirilməsi olub.

Təlim zamanı mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə şərti köməksiz vəziyyətdə qalmış zərərçəkmişlər xüsusi vasitələrlə "xilas edilərək onlara ilkin yardım" göstərilib.

Uğurla keçən təlimin sonunda əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Chosen
38
13
far.az

10Sources