EN

Kreml: Rusiya ABŞ-ın Kubaya qarşı blokadasına ardıcıl olaraq qarşı çıxır

Rusiya, bir çox digər ölkələr kimi, ABŞ-ın Kubaya qarşı blokadasına ardıcıl olaraq qarşı çıxır.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Kreml sözçüsü qeyd edib ki, Rusiya dünyanın bir çox ölkəsi kimi adanın blokadasına davamlı olaraq qarşı çıxır: “Rusiya Kuba ilə münasibətlərini inkişaf etdirir, onlara dəyər verir və çətin anlarda adaya dəstək olmaq niyyətindədir”.

Peskov əlavə edib ki, Rusiya, blokada altında olan Kubaya ABŞ-ın dəstəyinin Vaşinqtonla Ukrayna ilə bağlı əlaqələrə heç bir şəkildə təsir göstərəcəyinə inanmır. Onun sözlərinə görə, bunlar bir-biri ilə əlaqəli olmayan məsələlərdir: "Biz bunların bir-biri ilə əlaqəli sahələr olduğunu düşünmürük".

Chosen
46
3
apa.az

4Sources