EN

Mingəçevirdə məktəbdə YANĞIN - Şagirdlər təxliyə olundu

Mingəçevirdə məktəbdə yanğın olub.

Bizim.Media "Unikal.az"a istinadən xəbər verir ki, hadisə energetiklər yaşayış massivində yerləşən, 19 saylı orta məktəbdə baş verib.
 

Belə ki, yanğına məktəbin bufetinin elektrik kabellərində yaranan qısaqapanma səbəb olub. Tüstülənməyə görə şagirdlər təcili təxliyə olunub.


Hadisə yerinə gələn yanğınsöndürmə briqadası yanğının qarşısını alıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

Chosen
74
3
bizim.media

10Sources