EN

"Girassidən məhz bunu gözləyirik" - "Borussiya"nın baş məşqçisi qələbəni şərh etdi

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində dünən öz meydanında "Atalanta"nı 2:0 hesabı ilə məğlub edən Dortmund "Borussiya"sının baş məşqçisi Niko Kovaç qələbəni dəyərləndirib.

Fanat.Az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:

"Çox razı qaldım. Biz iki qol vurduq, qələbə qazandıq və ikinci hissədə keyfiyyətli işlə yadda qaldıq. Bu gün meydanda etdiklərimiz üzərində çox işləmişdik. Seru Girassi həm qol vurdu, həm də məhsuldar ötürmə müəllifi oldu. Girassidən məhz bunu gözləyirik. O, komanda ilə əla iş birliyi nümayiş etdirdi".

Tərəflərin cavab qarşılaşması fevralın 25-də Berqamoda baş tutacaq.

Nihat

Chosen
20
1
fanat.az

2Sources