EN

Azərbaycan millisinin Beynəlxalq İnkişaf Turniri üçün yekun heyəti müəyyənləşib

18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Belarusun paytaxtı Minskdə keçiriləcək Beynəlxalq İnkişaf Turniri üçün yekun heyəti müəyyənləşib.

"Cebheinfo.az" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, yığmada 21 oyunçu yer alıb.

Turnirdə 8 komanda 2 qrupda yarışacaq. Azərbaycan millisi B qrupunda Belarus, Rusiya və Özbəkistan kollektivləri ilə mübarizə aparacaq. Komanda fevralın 19-da Rusiya, 20-də Özbəkistan, 21-də Belarusla üz-üzə gələcək.

Fevralın 23-də həlledici oyunlar keçiriləcək. Qrupların qalibləri finalda, ikinciləri üçüncü yer uğrunda, üçüncüləri beşinci yer uğrunda, dördüncüləri isə 7-ci yer uğrunda görüşdə üz-üzə gələcəklər.

"Cebheinfo.az"

Chosen
53
1
cebheinfo.az

10Sources