EN

İctimai Şura 2026-cı il üzrə prioritetləri açıqladı

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri, “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin rəhbəri Anar Xəlilov 2026-cı il üçün müəyyən edilmiş prioritet istiqamətləri açıqlayıb.

QHT.az-a danışan Şura sədri bildirib ki, qarşıdakı dövrdə əsas diqqət həm müvəqqəti məskunlaşma yerlərində, həm də artıq bərpa olunmuş ərazilərdə yaşayan sakinlərlə mütəmadi görüşlərin keçirilməsinə yönəldiləcək:

"Prosesin şəffaflığının təmin olunması məqsədilə müasir informasiya-kommunikasiya vasitələrindən və innovativ platformalardan geniş istifadə nəzərdə tutulur. Qayıdan əhalinin iqtisadi fəallığının artırılması və sosial adaptasiyasının gücləndirilməsi istiqamətində təkliflər hazırlanacaq. Bu addımların reinteqrasiya prosesinin daha effektiv təşkilinə töhfə verəcəyi vurğulanıb".

 

Pərvanə Fərhadqızı

Chosen
59
qht.az

1Sources