EN

Ukraynada səs-küylü HƏBS: Futbolçu Kolesnik SAXLANILDI – FOTO/VİDEO

TCC nümayəndəsini vurduğu ilə öyünən futbolçu Kolesnik saxlanılıb

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.

Polis əməkdaşları “Kolos”un futbolçusu Kolesniki saxlayıblar. Buna səbəb idmançının ərazi komplektləşdirmə mərkəzinin (TCC) nümayəndəsinə zərbə endirməsi və sosial şəbəkələrdə bu hərəkəti ilə öyünməsidir.

Məlumata görə, futbolçu hərbi komissarlıq əməkdaşına hücum etdiyini nümayişkaranə şəkildə bəyan etdikdən sonra hüquq-mühafizə orqanları hərəkətə keçib.

İnsidentlə bağlı araşdırma aparılıb və idmançı saxlanılaraq istintaqa təhvil verilib.

Törətdiyi əmələ görə futbolçunu 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Klub üzr istəyib və Kolesnikin bu gün komandadan qovulacağını elan edib.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
9
1
interpress.az

2Sources