18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Belarusun paytaxtı Minskdə keçiriləcək Beynəlxalq İnkişaf Turniri üçün yekun heyəti müəyyənləşib.
QOL.az AFFA-nın saytına istinadən xəbər verir ki, turnirdə 8 komanda 2 qrup üzrə yarışacaq. Millimiz B qrupunda Belarus, Rusiya və Özbəkistan kollektivləri ilə mübarizə aparacaq.
Nurəziz Əzizov ("Neftçi"), Bilal Hacıyev ("Qarabağ"), Uğur Qurbanlı ("Qarabağ"), Rəşad Gülüşov ("Sabah"), Atacan Məmmədov ("Marcet (İspaniya)"), Səttar Tahirzadə ("Marcet (İspaniya)"), Muhamməd Çodarov ("Marcet (İspaniya)"), İsmayıl Səfərli ("Neftçi"), Amin Rzayev ("Qarabağ"), Sahib Xəlilli ("Neftçi"), Eldar Abbasov ("Qarabağ"), Raul İsaqov ("Kəpəz"), Nihad Hüseynzadə ("Sabah"), Musa Mustafayev ("Zirə"), İbrahim Xəlilov ("Sabah"), Samir Şərifov ("Sabah"), Pünhan Kərimov ("Marcet (İspaniya)"), Emin Süleymanov ("Neftçi"), Əli Bəşirov ("Qarabağ"), Kamal Zülfiyev ("Sumqayıt"), Nicat Kərimov ("Sabah")
19 fevral
13:50. Azərbaycan – Rusiya
20 fevral
14:20. Azərbaycan – Özbəkistan
21 fevral
16:40. Belarus – Azərbaycan
Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.
Qeyd: Fevralın 23-də həlledici oyunlar keçiriləcək. Qrupların qalibləri finalda, ikinciləri üçüncü yer uğrunda, üçüncüləri beşinci yer uğrunda, dördüncüləri isə 7-ci yer uğrunda görüşdə üz-üzə gələcəklər.