EN

ABŞ səslə idarə olunan dron dəstələri yaratmağı planlaşdırır

ABŞ Müdafiə Nazirliyi Ukrayna münaqişəsinin təcrübəsinə əsaslanaraq səs əmrləri ilə idarə olunan dron dəstələrindən istifadə etməyi planlaşdırır.

Herbiand.az bildirir ki, Bloomberg agentliyi bunu öz mənbələrindən öyrənib.

Bura dron operatorunun danışıq dilini rəqəmsal əmrlərə çevirəcək proqram təminatının hazırlanması daxildir.

Qapalı müsabiqə 2026-cı ilin yanvar ayında elan edilib. Müsabiqədə bir neçə şirkət 100 milyon dollarlıq müqavilə uğrunda iştirak edir. Proqram təminatının hazırlanması müddəti cəmi altı aydır ki, bu da hərbi layihənin yüksək prioritet xarakterini göstərir.

Agentlik qeyd edib ki, müsabiqədə milyarder İlon Maska məxsus olan SpaceX və xAI şirkətləri də iştirak edir.

Bəxtiyar CƏFƏRLİ

Chosen
82
herbiand.az

1Sources