EN

Özbəkistanın ən yüksək etimad göstərdiyi ilk Cənubi Qafqaz ölkəsi Azərbaycandır - Javlon Vahabov

Bakı. Trend:

Azərbaycan Özbəkistanın Cənubi Qafqazda ən yüksək etimadsəviyyəsində münasibətlər qurduğu ilk ölkə olub və ikitərəflidialoqun statusunu müttəfiqlik münasibətləri səviyyəsinəyüksəldib.

Trend xəbər verirki, bu barədə Mərkəzi Asiya Beynəlxalq İnstitutunun direktoruJavlon Vahabov Bakıda keçirilən “C6: Vahid region, ortaq gələcək –strateji dialoqun gücləndirilməsi” mövzusunda beynəlxalq konfransdaçıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycan ilə Mərkəzi Asiya ölkələriarasında əməkdaşlığın inkişafı geniş gündəliyin demək olar ki,bütün istiqamətləri üzrə keyfiyyətcə yeni mərhələyə keçidi ifadəedir.

“Ötən ilin noyabrından etibarən biz artıq C5 deyil, C6-yıq. Bu,sadəcə rəqəmlər olmağın ötəsindədir: Mərkəzi Asiya ölkələriAzərbaycanla birlikdə yeni institusional Mərkəzi Asiyanın nüvəsiniformalaşdırır. Azərbaycanın regional formata qoşulması ilk növbədəMərkəzi Asiya dövlətləri ilə möhkəm ikitərəfli əməkdaşlıqtəməlində, həmçinin son illər ərzində formalaşmış çoxtərəflistrukturlar əsasında həyata keçirilir”, – deyə o qeyd edib.

J. Vahabov vurğulayıb ki, intensiv dialoq dövründə son üç ilərzində Azərbaycan üzərindən keçən Orta Dəhliz üzrə yükdaşımalar 90faiz artıb.

“Bu, 2017-ci ilə qədər müşahidə olunmayan əlamətdargöstəricidir. Özbəkistan–Azərbaycan münasibətlərinə gəldikdə, ötənil Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana rəsmi səfəredib, bundan əvvəl isə, 2024-cü ildə ölkələr müttəfiqlikmünasibətləri haqqında müqavilə imzalayıblar. İkitərəfli ticarət dəbu əlaqələrin möhkəmləndiyini nümayiş etdirir”, – deyə o əlavəedib.

Chosen
116
2
az.trend.az

3Sources