EN

Satu Koivu Monitorinq Missiyasının yeni rəhbəri təyin edildi

Satu Koivu Ermənistanda Aİ Monitorinq Missiyasının yeni rəhbəri təyin edilib.

Vətəninfo.az xəbər verir ki, o, vəzifəsinin icrasına fevralın 20-də başlayacaq və Markus Ritteri əvəz edəcək.

Koyvu milli və beynəlxalq səviyyələrdə 35 ildən çox təcrübəsi olan yüksək vəzifəli Finlandiya polis zabitidir. “O, Fələstin ərazilərində, Ruandada, Namibiyada və Kiprdə BMT və Aİ missiyalarında yüksək vəzifələrdə çalışaraq beynəlxalq təcrübə qazanıb. EUMA missiyasının rəhbəri təyin olunmazdan əvvəl o, Finlandiya Milli Polis Şurasında çalışıb”, – deyə Avropa Şurasının saytında bildirilir.

Chosen
93
veteninfo.az

1Sources