EN

Azərbaycanda ŞOK: Məzar daşına yazılan cümləyə görə...

 

Azərbaycanda məzar daşına yazılan sözlərə görə məhkəməyə müraciət olunub.

Ölkə.az Teleqraf-a istinadən xəbər verir ki, xüsusi ittiham qaydasında şikayəti Rusiyada vəfat edən İdil Fərzəliyevin dayısı edib.

Vətəndaş ərizəsində bildirib ki, İdil Fərzəliyevin məzar daşında onun ünvanına heç bir əsasa söykənməyən, nüfuzunu aşağılıyan və onu ağır cinayətdə günahlandıran böhtan xarakterli ifadələr yer alıb.

Belə ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən İdilin valideyni 2024-cü ilin oktyabr ayında mərhum oğlunun qəbir daşının üzərinə “Dayıları tərəfindən işgəncələrə məruz qalıb xüsusi amansızlıqla

öldürülən oğlum” cümləsini yazdırıb.

Mərhumun dayısının sözlərinə görə, Rusiyada İdilinin ölümü ilə bağlı aparılan cinayət işi rədd edilib və hadisə rəsmi

qaydada “intihar” kimi qiymətləndirilib. Bu barədə Rusiya hüquq mühafizə orqanlarının materialları mövcuddur və ölümün zorakılıqla bağlı olmağı rəsmi təsdiqini tapmayıb.

O, bu səbəbdən məzar daşındakı yazını ağır böhtan hesab edib.

İdil Fərzəliyevin dayısı daha sonra şikayətini geri çəkib. Nəticədə Ağcabədi Rayon Məhkəməsində hakim Etibar Quliyevin sədrliyi ilə keçirilən prosesdə xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunub.

Chosen
21
17
olke.az

10Sources