Bakı. Trend:
Avropalılar Ukraynanın təhlükəsiz bölgələrindən birinə Avropaqoşunlarını göndərməklə Kiyevə sadiqliklərini nümayiş etdirəbilərlər.
Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın sabiq Başnaziri Boris Consonun “The Wall Street Journal” nəşrində dərcolunan məqaləsində qeyd olunub.
“Biz - avropalılar, Ukraynanın tamamilə təhlükəsiz olan bir vəya bir neçə bölgəsinə Avropa quru qoşun kontingentini göndərməkləazad və suveren Ukraynaya sadiqliyimizi nümayiş etdirə bilərdik.Onların missiyası döyüş əməliyyatlarında iştirak etmək və yaavropalıların həyatını riskə atmaq deyil, xarici əsgərlərin Ukraynatorpağına dəvət olunması qərarının hər zaman Ukraynanın işiolduğunu vurğulamaq olardı. Bununla göstərmiş olardılar ki, bunaqərarı məhz Ukrayna xalqı verir”, – deyə Conson yazıb.
Consonun fikrincə, Avropa həmçinin Ukraynaya Rusiya pilotsuzuçuş aparatları istehsal edən zavodları məhv etmək üçün vasitələrverməli, Rusiyanın “kölgə donanması”nın müsadirəsi üzrəəlaqələndirilmiş əməliyyata başlamalı və dondurulmuş Rusiyaaktivlərini Ukraynaya təhvil verməlidir.