EN

Brilliant Dadaşova: “Həyat yoldaşıma deyirəm ki, nə sevinirsən, arvad-uşağını atıb gedirsən” - VİDEO

Xalq artisti Brilliant Dadaşova həyat yoldaşı Ədalət Hacıyevin yeni vəzifəsindən danışıb.

Bizim.Media xəbər verir ki, bu barədə sənətçi “İncə səhər”ə açıqlama verib.

Dadaşova deyib ki, Gəncəyə getmək haqda düşünüb:
 

“Gəncəyə gedərəm, amma uşağımızı nə edək? Həyat yoldaşıma deyirəm, nə sevinirsən, arvad-uşağını atıb gedirsən. Deyir, uşaq e… Sürət qatarı var, bir dəfə getdik, 3 saata çatdıq. Həyatımda belə zövq almamışdım, heç bilmədim necə çatdıq, bir də gördüm, Gəncədəyəm”.


Qeyd edək ki, Ə. Hacıyev Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru vəzifəsindən azad edilib. O, Gəncə Dövlət Milli Dram Teatrına direktor təyin olunub.


Sara, Bizim.Media

Chosen
63
4
bizim.media

5Sources