EN

"Real"da radikal dəyişiklik

"Real Madrid” mövsümün sonunda 5 futbolçu transfer etmək istəyir. Metbuat.az xəbər verir ki, klub əsasən yarımmüdafiə və müdafiə mövqeyinə transferlər etmək istəyir. İspaniya mətbuatında yer alan xəbərlərə görə, “Real” Alvaro Arbeloanın rəhbərliyi ilə əhəmiyyətli dəyişikliklər planlaşdırır. Bunlardan birincisi “Lion”la icarə müddəti bitdikdən sonra komandaya qayıdacaq Endrik Felipedir. Klubun Niko Pazı transfer edəcəyi iddia edilir. Bildirilir ki, "Real Madrid" “Komo”ya göndərdiyi gənc oyunçunu 9 milyon avroya geri almaq seçiminə malikdir. Klub Niko Pazdan əlavə, daha bir yarımmüdafiəçi ilə müqavilə imzalamaq istəyir. Bildirilir ki, bu baxımdan əsas hədəf Kis Smitdir. Transfer planının əhəmiyyətli hissəsi müdafiə xəttinə yönəlib.

Mövsümün sonunda müqaviləsi başa çatan David Alabanın ayrılacağı gözlənilir və bu, Antonio Rudiger üçün də keçərli ola bilər. Alman müdafiəçinin müqaviləsi yenilənməsə, yeni müdafiəçinin gətirilməsi planlaşdırılır. Ötən il “Komo”ya transfer olan Jacobo Ramonun transfer edilməsi ehtimalı yüksək hesab olunur. İbrahima Konatenin da adı “Real”la hallanır.

Chosen
19
metbuat.az

1Sources