EN

BƏƏ sammitindən sonra siyasətçilərin və iş adamlarının pasport məlumatları internetə sızdırılıb

Ötən ilin dekabrında Birləşmiş Ərəb Əmirlikləri hökumətinin təşkilatçılığı ilə Əbu-Dabidə keçirilən aparıcı investisiya konfransında yüzlərlə iştirakçıya məxsus şəxsi məlumatlar, pasport skanları və digər şəxsi sənədlər internetdə ictimaiyyətə açıqlanıb.

Herbiand.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayuıb.

FT-nin məlumatına görə, keçmiş Britaniya Baş naziri Lord Devid Kameron, milyarder Alan Hovard, keçmiş Ağ Ev kommunikasiya direktoru və hazırda investor olan Entoni Skaramuççi və digərlərinin sənədlərinin surəti yayılıb.

Əbu-Dabi Maliyyə Həftəsi sammitinin nümayəndələri ADFW 2025-də "məhdud iştirakçı qrupuna təsir edən üçüncü tərəf təchizatçısı tərəfindən idarə olunan məlumat saxlama mühitində zəifliyin" mövcudluğunu təsdiqlədilər. ADFW-nin bəyanatında deyilir: "Biz həmişə məlumat təhlükəsizliyinə son dərəcə ciddi yanaşmışıq və hər hansı bir təhlükəsizlik pozuntusunun qarşısını almağa çalışmışıq".

Chosen
24
herbiand.az

1Sources