EN

Bu il 4SİM insan kapitalının gücləndirilməsi istiqamətində fəaliyyətini genişləndirəcək

Bakı, 18 fevral, V.Qurbanoğlu, foto Aydın Məmmədov, AZƏRTAC

Azərbaycanda innovasiya və texnoloji inkişaf istiqamətində həyata keçirilən fəaliyyətlər çərçivəsində çoxsaylı tədbir və təcrübə proqramları təşkil olunub. Bu təşəbbüslər müxtəlif sahələri və aktual mövzuları əhatə edib.

AZƏRTAC xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov 2025-ci ilin yekunları ilə bağlı keçirilən hesabat xarakterli mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ümumilikdə 30-dan artıq ictimai müzakirə təşkil olunub.

“Keçirilən tədbirlərə universitet tələbələri, professor-müəllim heyəti, özəl setor nümayəndələri və dövlət qurumlarınn təmsilçiləri cəlb olunublar. Xüsusilə süni intellekt, dördüncü sənaye inqilabı texnologiyaları, kompüter təfəkkürü və innovasiya sahələrində geniş müzakirələr aparılıb, gələcək inkişaf prioritetləri müəyyənləşdirilib. Tədbirlərdə ümumilikdə 30 mindən çox iştirakçı iştirak edib, 150-dən artıq tərəfdaş və partnyor bu proseslərə qoşulub”, - deyə 4SİM rəhbəri əlavə edib.

Davos Forumu çərçivəsində 4SİM-in 3 müxtəlif panel sessiyasında təmsil olunduğunu sözlərinə əlavə edən icraçı direktor 4SİM və SOCAR tərəfindən “Texnoloji transformasiya vasitəsilə enerji keçidinin sürətləndirilməsi: Süni intellekt əsaslı sənaye” mövzusunda birgə sessiya təşkil edildiyini, süni intellekt, sənaye 4.0 transformasiyası və enerji səmərəliliyi ilə bağlı müzakirələr aparıldığını bildirib: “2026-cı ildə 4SİM rəqəmsal texnologiyaların iqtisadiyyatda tətbiqinin genişləndirilməsi, özəl sektorun rəqəmsal transformasiyasına dəstək və insan kapitalının gücləndirilməsi istiqamətində fəaliyyətini genişləndirəcək. 4SİM davamlı inkişaf istiqamətində həyata keçirilən fəaliyyətlər çərçivəsində süni intellekt texnologiyalarının enerji səmərəliliyində tətbiqi istiqamətində yerli tərəfdaşlarla birgə 40 praktik həll formalaşdırıb. Bu həllər Dünya İqtisadi Forumunun 2025-ci ildə dərc etdiyi “Süni intellektin enerji paradoksu” adlı hesabatda əksini tapıb”.

 

Chosen
76
2
azertag.az

3Sources