EN

​“Qalatasaray”ın rəqibi bu iki klubdan biri olacaq

Ötən gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start verilib. Türkiyə nəhəngi “Qalatasaray” İstanbulda “Yuventus”u darmadağın edərək 5:2 hesablı qələbə qazanıb.
Metbuat.az xəbər verir ki, Türkiyə təmsilçisi İtaliyada uğur qazansa, növbəti mərhələyə adlayacaq.Həmin turda İstanbul klubunun mümkün rəqibləri müəyyənləşib. “Qalatasaray” mərhələni keçəcəyi təqdirdə İngilltərənin “Liverpul”, ya da “Tottenham” klublarından biri ilə qarşılaşacaq. Növbəti mərhələnin yekun cütlükləri cavab oyunlarından sonrab dəqiqləşəcək.

Qeyd edək ki, “Liverpul”dan fərqli olaraq “Tottenham” bu mövsüm İngiltərə çempionatında uğurlu nəticə göstərə bilmir. London klubu 26 turdan sonra turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

Chosen
36
1
metbuat.az

2Sources