EN

Yevlaxda yeni məktəb binasının inşası yekunlaşır

ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Səməd Vurğun adına Yevlax Şəhər 5 nömrəli tam orta ümumtəhsil məktəbinin yeni binasında tamamlama işləri gedir.

Məktəbin 1936-cı ildə tikilmiş  və yararsız hala düşmüş köhnə binası 2024-cü ildə sökülüb və  onun yerində 4 mərtəbəli, 582 yerlik yeni, müasir tələblərə cavab verən məktəb binası inşa edilib. Llayihə üzrə nəzərdə tutulmuş işlərin böyük hissəsi yerinə yetirilib və  tikinti yekunlaşmaq üzrədir.

Məktəbdə müasir laboratoriyaların, kitabxananın, yeməkxananın, ən son avadanlıqla təchiz edilmiş kompyuter otaqlarının, emalatxananın, idman salonunun fəaliyyət göstərməsi nəzərdə tutulur.

Yevlax şəhər rəhbəri Anar Tağıyev də yeni məktəbin tikintisi ilə tanış olub, aparılan işlərin vaxtında başa çatdırılması və məktəbin ərazisində zəruri abadlıq işlərinin aparılması ilə bağlı fikirlərini bildirib.

Zakir Muradov, Yevlax

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
68
525.az

1Sources