Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.
Bu ilin yanvar ayında Azərbaycana 8,2 milyon dollar dəyərində 3 min 332 ton ət idxal olunub.
Dövlət Gömük Komitəsindən verilən məlumata görə, ət idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 884 min dollar və ya 9,7%, miqdar ifadəsilə isə 760 ton, başqa sözlə 18,6% azdır.
Qeyd edək ki, 2025-ci ilin yanvar ayında ölkəyə 9,1 milyon dollar dəyərində 4 min 92 ton ət idxal edilmişdi.
Bu ilin yanvar ayının nəticələrinə görə Azərbaycana idxal olunan ətin 1 kiloqramının orta idxal qiyməti 2,46 dollar (təxminən 4 manat 18 qəpik) təşkil edib. 2025-ci ilin eyni dövründə isə bu rəqəm 2,22 dollar (təxminən 3 manat 77 qəpik) idi. Bu da illik müqayisədə 0,24 dollar (41 qəpik) və ya 10,8% bahalaşma deməkdir.
Bu il yanvar ayında ümumi idxalın 0,63%-i ətin payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 0,44% olmuşdu.(fed.az)
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.