Bakı, 18 fevral, AZƏRTAC
Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha 17 itkin şəhid dəfn olunacaq.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından AZƏRTAC-a verilən məlumata görə, fevralın 19-da 8 hərbçi, fevralın 20-də isə 8 hərbçi və bir mülki şəhid respublikamızın müxtəlif şəhər, rayon və kənd qəbiristanlıqlarında dəfn ediləcəklər.