NATO-nun sözçüsü Allison Hart çərşənbə axşamı bildirib ki, Türkiyə sadiq müttəfiqdir və ortaq təhlükəsizliyə dəyərli töhfə verən ölkədir.
Bizim.Media Anadolu agentliyinə istinadla xəbər verir ki, Türkiyənin NATO-ya qoşulmasının ildönümü münasibətilə yazılı açıqlama verən Hart, həmçinin Ankaranın alyansa verdiyi töhfələri vurğulayıb.
O bildirib: “İyul ayında Ankarada keçirilÉ™cÉ™k növbÉ™ti NATO sammitini sÉ™birsizliklÉ™ gözlÉ™yÉ™rkÉ™n, bu gün TürkiyÉ™nin NATO-ya qoÅŸulmasından bÉ™ri 74 ildir etdiyi kimi, Alyansa verdiyi bir çox töhfÉ™ni xatırlayırıq”.
Alyansın sözçüsü Türkiyənin NATO-nun ikinci ən böyük ordusuna sahib olduğunu qeyd edərək, ölkənin müdafiəyə davamlı investisiya, güclü müdafiə sənayesi və "NATO missiyalarına, fəaliyyətlərinə və təlimlərinə davamlı töhfələrini diqqətə çatdırıb.
Türkiyə 1952-ci il fevralın 18-də NATO-ya qoşulub. Alyans 1949-cu ildə təsis edilib.
Son 74 il ərzində Türkiyə strateji mövqeyindən istifadə edərək, xüsusilə terrorizmə qarşı mübarizədə təhdid və risklərlə birbaşa qarşılaşan regionda ilk müttəfiq kimi NATO-ya mühüm töhfələr verməyə davam edib.

Bizim.Media