Naxçıvan Muxtar Respublikasında dəmir yollarının yenidən qurulması davam etdirilir.
Bizim.Media xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.
“Ötən ilin sonlarından başlayan layihələndirmə və tikinti işlərinin birinci mərhələsi Salamməlik, Ordubad, Aza və Culfa sahələrini əhatə edir. Bu dəmir yolu şəbəkəsi Ordubad rayonunun Ermənistanla sərhəd ərazisində TRIPP marşrutuna qoşularaq Zəngəzur dəhlizi ilə başlayan yeni regional nəqliyyat bağlantısının bir hissəsi olacaq”, - deyə məlumatda bildirilib.
Bizim.Media