NATO Arktika və Baltik dənizində Rusiyanın mülki gəmiçiliyini məhdudlaşdırmaq niyyətindədir.
Herbiand.az bildirir ki, bu barədə Military Watch Magazine nəşri yazıb.
Nəşr alyansın Arktikada qüvvələrinin aktiv şəkildə artırılmasına diqqət çəkir. Analitiklər hesab edirlər ki, NATO infrastrukturunun və hərbi mövcudluğunun tədricən Rusiya sərhədlərinə yaxınlaşması Şimal dəniz yolu üzərində müəyyən nəzarət yaratmaq cəhdi ilə əlaqələndirilir. Rusiya Arktikasından keçən bu marşrut, Qərbin nəzarətində olan sulardan kənarda neft daşınması da daxil olmaqla, ənənəvi ticarət yollarına alternativ təklif edir.
Nəşr NATO-nun gəmiçiliyi məhdudlaşdırmaq üçün atdığı addımların regiondakı ümumi strategiyasına uyğun olduğunu vurğulayır. Buraya təkcə enerji təchizatı deyil, həm də daha geniş mülki ixrac daxil ola bilər.
Bəxtiyar CƏFƏRLİ