EN

Bu ölkə Trampın təşəbbüsünə dəstək olmadı

Vatikan qlobal böhranların BMT tərəfindən həll edilməli olduğuna inanaraq ABŞ-nin rəhbərlik etdiyi "Sülh Şurasına" qoşulmayacaq.

"Unikal" xəbər verir ki, bunu Vatikan dövlət katibi kardinal Pietro Parolin "Reuters" agentliyinə müsahibəsində deyib. 

"Vatikan özünəməxsus təbiətinə görə "Sülh Şurası"nda iştirak etməyəcək. Narahatlıq ondadır ki, beynəlxalq səviyyədə böhran vəziyyətləri ilk növbədə BMT tərəfindən həll edilməlidir. Bu, bizim təkid etdiyimiz məqamlardan biridir", - deyə Parolin izah edib. 

Gülayə Mecid 

Chosen
117
1
unikal.az

3Sources