EN

Serbiya ilə münasibətlərimizin təməlində ortaq dövlətçilik fəlsəfəsi dayanır - Kamaləddin Qafarov

Bakı. Trend:

Fevralın 15-də Belqradda keçirilən Azərbaycan–Serbiya StratejiTərəfdaşlıq Şurasının ilk iclası təkcə diplomatik hadisə deyil,dövlətçilik anlayışının iki ölkənin siyasi kursunda necə mərkəziyer tutduğunu nümayiş etdirən mühüm platforma oldu.

Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatıKamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin çıxışındaxüsusi vurğulanan məqamlar Bakı ilə Belqrad arasındakımünasibətlərin situativ maraqlara deyil, dövlət maraqlarınınqorunması fəlsəfəsinə əsaslandığını göstərdi.

“Prezident İlham Əliyev çıxışına Serbiyanın Dövlətçilik Günümünasibətilə təbriklə başlaması təsadüfi deyildi. Prezident İlhamƏliyev dövlət suverenliyinin qorunması uğrunda verilən qurbanlarıxüsusi qeyd etdi və dövlət maraqlarının hər şeydən üstüntutulmasını inkişafın əsas şərti kimi təqdim etdi. Bu yanaşma,əslində, iki ölkə arasında ortaq siyasi düşüncə modelininmövcudluğunu göstərir. Dövlətçilik burada formal institut anlayışıdeyil, milli iradənin təcəssümüdür. Prezident İlham ƏliyevinSerbiyanın inkişafını məhz liderlik amili ilə əlaqələndirməsi dədiqqətçəkəndir. Prezident İlham Əliyev Serbiyanın təbii resurslaramalik olmamasına baxmayaraq iqtisadi uğurlar əldə etməsiniislahatlar və siyasi iradə ilə izah etdi. Bu qiymətləndirmədolayısı ilə Azərbaycanın öz inkişaf modelinə də işarə idi – güclüsiyasi rəhbərlik, sabitlik və uzunmüddətli strateji baxış.”

Strateji Tərəfdaşlıq Şurasının ilk iclasının SerbiyanınDövlətçilik Günündə keçirilməsinin rəmzi məna daşıdığını vurğulayanK.Qafarov bildirib ki, məhz bu faktın özü ölkələrimiz arasındatərəfdaşlığın uzunmüddətli maraqlara xidmət edən siyasi xəttolduğunu göstərir:

“Prezident İlham Əliyev açıq şəkildə bildirdi ki, qərarlarınicrası qısa müddətdə təmin edilməlidir. Bu isə münasibətlərindeklarativ yox, praktik xarakter daşıdığını sübut edir. Birgəbəyanatda beynəlxalq platformalarda qarşılıqlı dəstəyin davametdirilməsi xüsusi vurğulandı. Bu, dövlət suverenliyinin qorunmasıprinsipinin yalnız daxili siyasət məsələsi deyil, həm də xaricisiyasətdə əsas istiqamət olduğunu təsdiqləyir. Müasir geosiyasiproseslərin sürətlə dəyişdiyi bir dövrdə belə prinsipial mövqe ikiölkə arasında strateji etimadı daha da möhkəmləndirir. Beləliklə,Belqraddakı görüş göstərdi ki, Azərbaycan–Serbiya münasibətlərinintəməlində ortaq dövlətçilik fəlsəfəsi dayanır. Bu fəlsəfə isəsiyasi sabitliyin, iqtisadi inkişafın və beynəlxalq arenadamüstəqil mövqenin əsas təminatıdır”.

Chosen
30
14
az.trend.az

10Sources