EN

Elm və Təhsil Nazirliyi ilə ICESCO arasında gələcək inkişaf perspektivləri müzakirə olunub

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 18 fevral, AZƏRTAC

Elm və təhsil naziri Emin Əmrullayev İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malikin dəvəti ilə ICESCO-nun Rabat şəhərində yerləşən Baş qərargahında olub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Emin Əmrullayev təşkilatın Baş qərargahı ilə tanış olub, daha sonra ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşüb.

Görüş zamanı iki qurum arasında mövcud əməkdaşlıq çərçivəsində həyata keçirilən fəaliyyət və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
76
6
azertag.az

9Sources