Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
“Qafqazinfo” nazirliyin Mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 17-si polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 1 avtomat silahı, 1 pulemyot, 1 tapança, 1 qumbara, 11 tüfəng aşkar ediblər.
Bundan başqa, 10 patron darağı, 458 ədəd müxtəlif çaplı patron və 192 ədəd mərmi də aşkar edilərək götürülüb.
Tədbirlər davam etdirilir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.