EN

Dünyanı ŞOK edən Azərbaycan klubu futbolçularına FANTAPSTİK MƏBLƏĞ ödədi!

Tarixində ilk dəfə Çempionlar Liqasının (ÇL) pley-off mərhələsinə vəsiqə qazanan «Qarabağ» futbolçularına böyük miqdarda mükafat ayırıb.

Yarışın əsas mərhələsini 24 iştirakçı arasında bitirən Ağdam klubu oyunçularının hər birinə 200 min manat ödəyəcək.

Bu sevindirici xəbər rəhbərlik tərəfindən kollektiv üzvlərinə çatdırılıb.

«Köhlən atlar» 2017-ci ildən sonra qayıtdığı ÇL-in bu etapında 22-ci yeri tutub.

Azərbaycan çempionu «Benfika» və «Ayntraxt»a 3:2, «Kopenhagen»ə 2:0 hesabıyla qalib gəlib, «Çelsi» ilə 2:2 edib. Qurban Qurbanovun çalışdırdığı komanda «Atletik»ə 1:3, «Napoli»yə 0:2, «Ayaks»a 2:4 və «Liverpul»a 0:6 uduzub.

«Qarabağ» pley-off mərhələsində «Nyukasl» ilə üz-üzə gələcək. İngilislərlə ilk qarşılaşma bu gün keçiriləcək.

Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq matç saat 21:45-də başlayacaq. Komandalar arasında cavab oyunu fevralın 24-də İngiltərədə baş tutacaq.

SPORTİNFO.AZ

Chosen
39
sportinfo.az

1Sources