EN

Zaxarova Münhen Təhlükəsizlik Konfransından DANIŞDI

ain.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Münhen Təhlükəsizlik Konfransını “danışıq meydanı” adlandıraraq, Qərb nümayəndələrinin burada öz mahiyyətlərini ortaya qoyduqlarını bildirib. 

Redaktor.az bu barədə Rusiya mediasına istinadla xəbər verir.

Zaxarovanın sözlərinə görə, konfrans artıq sadəcə müzakirə platforması deyil, Qərb siyasətçilərinin özlərini ifşa etdikləri bir məkana çevrilib. Diplomat qeyd edib ki, tədbir problemlərin həllinə yönəlməyib və illərdir eyni konsepsiya təkrarlanır.

O əlavə edib ki, Qərb bir dövləti qlobal qeyri-sabitliyin mənbəyi kimi təqdim edir, lakin əslində həmin ölkə onların öz qeyri-sabit vəziyyətinin səbəbi kimi göstərilir.

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
13
1
redaktor.az

2Sources