EN

“Aztelekom” “Üçüncü Bahar” İB-in YAŞA mərkəzlərini müasir telekommunikasiya xidmətləri ilə təmin edib

Bakı.Trend:

“Aztelekom” MMC korporativ sosial məsuliyyət təşəbbüsləriçərçivəsində yaşlı nəslin sosial rifahının və rəqəmsal imkanlaraçıxışının artırılmasına yönəlmiş layihələrə dəstəyini davametdirir.

Bu istiqamətdə “Üçüncü Bahar” İctimai Birliyinin (İB) nəzdindəfəaliyyət göstərən YAŞA mərkəzləri ilə əməkdaşlıq çərçivəsində birsıra texniki və infrastruktur dəstəyi həyata keçirilib.

Görülən işlər çərçivəsində İçərişəhər, Bakıxanov və MingəçevirYAŞA mərkəzləri müasir telekommunikasiya avadanlıqları ilə tamtəchiz olunub, mərkəzlərdə yüksəkkeyfiyyətli internetinfrastrukturu qurulub və rəqəmsal xidmətlərə çıxış imkanlarıgenişləndirilib.

Həyata keçirilən bu təşəbbüslər YAŞA mərkəzlərindən faydalananyaşlı vətəndaşların rəqəmsal savadlılığının və sosial aktivliyininartırılmasına, onların asudə vaxtlarının daha səmərəli təşkilinəəlavə imkanlar yaradır.

“Aztelekom” MMC cəmiyyətin müxtəlif qruplarını əhatə edən sosialyönümlü layihələrə töhfə verməyə və rəqəmsal inklüzivliyingenişləndirilməsinə yönəlmiş təşəbbüsləri gələcəkdə də davametdirməyi planlaşdırır.

Məqalədə:
Chosen
49
az.trend.az

1Sources