EN

NATO Estoniyada nüvə silahı yerləşdirə bilər

Estoniya hakimiyyəti NATO-nun müdafiə planları çərçivəsində belə bir qərar veriləcəyi təqdirdə Estoniya ərazisində nüvə silahının yerləşdirilməsini istisna etməyib.

Herbiand.az xarici mənbələrə istinadən xəbər verir ki, bu barədə Baltikyanı respublikanın xarici işlər naziri Marqus Tsahkna bildirib.

"Biz ərazimizdə nüvə silahının yerləşdirilməsinə qarşı deyilik. NATO müdafiə planlarımıza uyğun olaraq, məsələn, ərazimizdə nüvə silahının yerləşdirilməsini zəruri hesab edərsə, bunu istisna edəcək heç bir doktrinamız yoxdur".

2025-ci ilin iyun ayında Estoniyanın müdafiə naziri Hanno Pevkur da Baltikyanı respublikanın nüvə başlıqları daşıya bilən NATO müttəfiqlərinin hərbi təyyarələrini qəbul etməyə hazır olduğunu bildirmişdi.

Chosen
65
5
herbiand.az

6Sources