EN

9 yaşlı uşaqdan dünya rekordu

Doqquz yaşlı polşalı Teodor Zayder 3x3x3 ölçülü Rubik kubunu rekord sürətlə yığaraq dünya rekordu qırıb.

Kulis.az xəbər verir ki, gənc iştirakçı Qdansk şəhərində keçirilən “Gdansk Speedcubing League” turniri çərçivəsində kubu cəmi 2,766 saniyəyə tamamlayıb. Bununla da o, 3 saniyədən daha az müddətdə Rubik kubunu yığmağı bacaran ilk şəxs kimi tarixə düşüb.

Əvvəlki rekord 2025-ci ildə 3,05 saniyə nəticə göstərən çinli Syuani Genə məxsus idi.

Qeyd edək ki, Rubik kubu 1974-cü ildə macar ixtiraçı Ernö Rubik tərəfindən yaradılıb. Tapmacanı ilk dəfə özü həll edən Rubik kubu tam yığmaq üçün bir ay vaxt sərf edib. Hazırda Macarıstanda yaşayan ixtiraçı ixtirasının pərəstişkarlarının fəaliyyətində aktiv rol almır.

Chosen
3
1
kulis.az

2Sources