EN

Bir gündə 73 cinayətin üstü açılıb

Fevralın 17-də Azərbaycan ərazisində qeydə alınan 73, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib. 

Axtarışda olduğuna görə ümumilikdə 171 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 143 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 47 fakt, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 17 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanılıb.

Gülnar 

Chosen
25
6
anews.az

10Sources