Footbal-plus saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Ötən mövsümə qədər “ASCO Arena” adlanan stadionda hazırda PFL-in bayrağı altında iki komanda oynayır. Söhbət 1-ci liqada mübarizə aparan “Səbail”lə əvəcedicilər liqasında yarışan “Sabah-2”dən gedir.Maraqlı məqam ondan ibarətdi ki, stadionun adı PFL-in protokolunda gah “Bayıl Arena” yazılır, gah da “ASCO Arena”.Bəs stadionun əsl adı nədi? Bəlkə ASCO “Səbail”ə sponsorluğu dayandırandan sonra stadionun da adı dəyişib? PFL-in Media və Marketinq Departamentinin rəhbəri Sənan Abdullayev buna aydınlıq gətirdi. Onun “Football-plus.az”a açıqlamasından bəlli olub ki, stadionun adı “Bayıl Arena”dı. PFL-in saytında “ASCO Arena” yazılması isə texniki səhvdi.Qeyd edək ki, stadionun girişində də “ASCO Arena” yazılıb.MÜZƏFFƏR QULUZADƏ
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.