EN

Səhvən 20 külçə qızılı zibilliyə atdı

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

İtaliyada 57 yaşlı kişi diqqətsizliyi ucbatından az qala var-dövlətindən olacaqdı. O, içərisində 20 qızıl külçə olan qutunu təsadüfən zibil qabına atıb.Demokrat.az xəbər verir ki, hadisə barədə İtaliya mətbuatı məlumat yayıb. Kişi səhvini yalnız növbəti gün başa düşərək dərhal polisə müraciət edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları əvvəlcə onun sözlərinə şübhə ilə yanaşsalar da, müşahidə kameralarına baxdıqdan sonra məsələ aydınlaşıb. Görüntülərdə həmin şəxsin evdən çıxarkən əlində metal qutu tutduğu və onu zibilliyə atdığı öz əksini tapıb.Polislər dərhal hərəkətə keçərək zibil daşıyan maşının marşrutunu izləyiblər. Tullantı poliqonunda aparılan bir neçə saatlıq axtarışdan sonra qızıl dolu qutu tapılıb. Qutu bir qədər zədələnsə də, içindəki qızıllara ziyan dəyməyib.Dəyəri təxminən 120 min avro olan xəzinə sahibinə geri qaytarılıb.İsmayıl

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
16
demokrat.az

1Sources