EN

Şahmat üzrə Azərbaycan çempionatında QALMAQAL İşə Apellyasiya Komitəsi qarışdı

Bizim media saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Şahmat üzrə Azərbaycan çempionatının yarımfinal mərhələsinin ilk oyununda Ayan Allahverdiyeva ilə Türkan Məmmədyarova arasında keçirilmiş partiyanın nəticəsinə yenidən baxılıb.Azərbaycan Şahmat Federasiyasından Bizim.Media-ya bildirilib ki, fevralın 17-də baş tutan qarşılaşmada hakimlər kollegiyasının qərarına əsasən, Ayan Allahverdiyeva tərəfindən iki dəfə əsassız iddia irəli sürüldüyü qeyd edilərək partiya Türkan Məmmədyarovanın xeyrinə hesablanıb.Qərarla razılaşmayan Ayan Allahverdiyeva Azərbaycan Çempionatının Apellyasiya Komitəsinə müraciət edib.

 

Apellyasiya Komitəsi tərəfindən partiyanın videoyazısı və gedişlərin ardıcıllığı araşdırılıb. Beynəlxalq Şahmat Federasiyasının (FIDE) qüvvədə olan qaydalarına əsasən, Ayan Allahverdiyevanın etirazı təmin olunub.

Apellyasiya Komitəsinin qərarına əsasən, Türkan Məmmədyarovanın qələbəsi ləğv edilib və tərəflər arasında keçirilən ilk partiyanın nəticəsi heç-heçə kimi rəsmiləşdirilib.Türkan Məmmədyarova Apellyasiya Komitəsinin qərarı ilə razılaşdığını bildirib.Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
54
7
bizim.media

10Sources