EN

Bakının bu ərazisində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bakının
Fevralın 18-də Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində təmir işləri aparılacaq. 1news.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilir ki, bununla əlaqədar olaraq saat 13:30-dan 17:00-dək Buzovna qəsəbəsi Abşeron küçəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Chosen
35
49
1news.az

10Sources