Bakının bu ərazisində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
Fevralın 18-də Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində təmir işləri aparılacaq.1news.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb. Bildirilir ki, bununla əlaqədar olaraq saat 13:30-dan 17:00-dək Buzovna qəsəbəsi Abşeron küçəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.