Ötən mövsümə qədər “ASCO Arena” adlanan stadionda hazırda PFL-in bayrağı altında iki komanda oynayır. Söhbət 1-ci liqada mübarizə aparan “Səbail”lə əvəcedicilər liqasında yarışan “Sabah-2”dən gedir.
Maraqlı məqam ondan ibarətdi ki, stadionun adı PFL-in protokolunda gah “Bayıl Arena” yazılır, gah da “ASCO Arena”.
Bəs stadionun əsl adı nədi? Bəlkə ASCO “Səbail”ə sponsorluğu dayandırandan sonra stadionun da adı dəyişib?
PFL-in Media və Marketinq Departamentinin rəhbəri Sənan Abdullayev buna aydınlıq gətirdi. Onun “Football-plus.az”a açıqlamasından bəlli olub ki, stadionun adı “Bayıl Arena”dı. PFL-in saytında “ASCO Arena” yazılması isə texniki səhvdi.
Qeyd edək ki, stadionun girişində də “ASCO Arena” yazılıb.
MÜZƏFFƏR QULUZADƏ