Omanda ABŞ ilə danışıqların ilk mərhələsində İran nümayəndələri yüksək zənginləşdirilmiş uranlarını Rusiyaya köçürməyi təklif etdilər. Ölkə həmçinin zənginləşdirməni bir neçə il dayandırmağa hazırdır. Bu barədə The Wall Street Journal-a istinadən məlumat verib.
Qeyd edilib ki, İranın zənginləşdirilmiş uranı12 n üvə bombası üçün kifayətdir.
Məlum olduğu kimi, İran həmişə uranı dinc məqsədlər üçün zənginləşdirdiyini iddia edib, baxmayaraq ki, silah üçün lazım olan 90%-ə yaxın 60% zənginləşdirilmiş uran istehsal edən yeganə qeyri-nüvə ölkəsidir.
Məhz buna görə ABŞ bunun qarşısını almaq üçün razılığa gəlmək istəyir.
"Omanda əvvəlki görüşdə İran ABŞ-a 12 nüvə bombasını yanacaqla təmin etmək üçün kifayət qədər bu yüksək zənginləşdirilmiş materialı xaricə, ehtimal ki, Rusiyaya göndərməyə hazır olduğunu bildirmişdi", - deyə İran, Ərəb və Amerika rəsmiləri nəşrə bildiriblər.
Diplomatların sözlərinə görə, İran rəsmiləri həmçinin uranın zənginləşdirilməsini üç ilə qədər dayandırmağı təklif edə biləcəklərini bildiriblər.
Lakin WSJ-nin yazdığı kimi, bu vəd çox az dəyişəcək, çünki İranın iyun ayında ABŞ-ın zərbələri ölkənin əsas nüvə obyektlərini sıradan çıxardıqdan sonra uran zənginləşdirilməsini dayandırdığı güman edilir.
Nəşr həmçinin əlavə edib ki, 2025-ci ilin iyun ayında ABŞ və İranın zərbələrindən sonra ölkənin mövcud yüksək zənginləşdirilmiş uran ehtiyatlarının əsas hissəsi hücuma məruz qalan nüvə obyektlərinin dağıntıları altında basdırılıb.
Əziz MUSTAFA