EN

ABŞ uranın zənginləşdirilməsini bərpa edəcək

ABŞ, Fransa şirkətlərinin iştirakı da daxil olmaqla, uranın zənginləşdirilməsini bərpa etmək niyyətindədir.

Bu barədə ABŞ-ın energetika naziri Kristofer Rayt məlumat verib.

"Biz ABŞ-da qismən Amerika şirkətləri ilə, qismən də Fransadakı tərəfdaşlarımızla uranın zənginləşdirilməsini bərpa edəcəyik", - o bildirib.

Qeyd edək ki, zənginləşdirilmiş uran istehsalının bərpası planları 2024-cü ilin fevral ayında sabiq prezident Co Baydenin rəhbərlik etdiyi əvvəlki ABŞ administrasiyası tərəfindən elan edilib.

"Cebheinfo.az" 

Chosen
44
4
cebheinfo.az

5Sources