EN

ABŞ nüvə sınaqlarını bərpa etmək üçün bəhanə axtarır Səfir

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Çin Xalq Respublikasının ABŞ-dakı səfirliyi ABŞ administrasiyasının Çinlə bağlı qəsdən yalan iddialar irəli sürərək Vaşinqtonun nüvə sınaqlarını yenidən bərpa etməsi üçün bəhanə formalaşdırmağa çalışdığını bəyan edib.

Bizimyol.info xəbər verir ki, bu barədə mətbuata Çinin ABŞ-dakı səfirliyinnin sözçüsü Lyu Pınyu məlumat verib.

“Çin ABŞ-ın öz nüvə sınaqlarını bərpa etmək üçün hər hansı bəhanə uydurmaq cəhdlərini qətiyyətlə rədd edir”, – deyə o bildirib. Sözçü bunu ABŞ Dövlət katibinin silahlara nəzarət və yayılmama məsələləri üzrə köməkçisi Kristofer Yonun Çinin guya son illərdə partlayış xarakterli nüvə sınaqları keçirdiyi barədə səsləndirdiyi iddialarına münasibət bildirərkən vurğulayıb.

Lyu Pınyunun sözlərinə görə, böyük nüvə arsenalına malik olan ölkə kimi ABŞ ilk növbədə öz xüsusi və prioritet nüvə silahsızlanma öhdəliklərini yerinə yetirməlidir. O qeyd edib ki, bu məsələ ilə bağlı beynəlxalq ictimaiyyətdə geniş konsensus mövcuddur.

Diplomat əlavə edib ki, Çin ABŞ-ı beş nüvə dövlətinin nüvə sınaqlarından çəkinmək öhdəliyini təsdiqləməyə, qlobal səviyyədə nüvə sınaqlarına qarşı konsensusu dəstəkləməyə və beynəlxalq nüvə silahsızlanması və yayılmama rejimini qorumaq üçün konkret addımlar atmağa çağırır.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
77
icma.az

1Sources