EN

Pezeşkian öldürülən etirazçılardan danışdı

“Son hadisələrin qurbanlarının xatirəsini hörmətlə anıram və onların ailələrinə başsağlığı verirəm”.

Vətəninfo.az xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian yanvar etirazlarında öldürülənlərlə bağlı deyib.

Eyni vaxtda, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf da oxşar bəyanat səsləndirib: “İsrail və Amerika fitnəsi nəticəsində öldürülən və yaralananları xatırlayırıq. İran övladlarının şəhid olmasının 40-cı gününü yas tuturuq”.

Qeyd edək ki, yanvarın 8 və 9-da etirazçılara birbaşa atəş açılamsı əmrini Məhəmməd Baqir Qalibaf və İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani imzalayıb. İran rəsmi şəkildə öldürülənlərin sayının 3171 nəfər olduğunu bildirib.
İran İnsan Haqları Təşkilatı 7 mindən çox öldürülənin kimliyini açıqlayıb.
Qeyri-rəsmi məlumatlarda isə ölü sayının 40-50 min arası olduğu iddia olunur.

Chosen
67
3
veteninfo.az

4Sources