EN

TƏBİB də köklü dəyişikliklər Zaur Əliyev də gedir, kimlər gələcək?

ain.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad edildikdən sonra səhiyyə sistəmində nələrin dəyişəcəyi məsələsi yenidən aktuallaşıb. Hələlik V.Qurbanovun səlahiyyətləri əvvəllər Səhiyyə Nazirliyində çalışmış indi isə qurumun müavini Anar İsrafilova həvalə olunub.

Bakupost.az xəbər verir ki, bu qərar səhiyyə sistemində gözlənilən geniş struktur dəyişikliklərinin ilk mərhələsi kimi qiymətləndirilir.

TƏBİB necə idarə olunur?

Qanunvericiliyə əsasən, əhalinin sağlamlığının qorunması sahəsində tədbirlərin effektivliyini artırmaq, səhiyyə sisteminin maliyyə dayanıqlığını və vətəndaşların keyfiyyətli tibbi xidmətlərə əlçatanlığını təmin etmək məqsədilə Azərbaycan Prezidenti 13 may 2022-ci ildə xüsusi Fərman imzalayıb.

Həmin Fərmana görə, TƏBİB-in fəaliyyətinə ümumi rəhbərlik və nəzarət Müşahidə Şurası vasitəsilə həyata keçirilir. Şura sədr və dörd üzvdən ibarətdir və onlar Prezident tərəfindən təyin olunur.

Müşahidə Şurasına aşağıdakı qurumların təmsilçiləri daxildir:

• İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri

• Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin müavini

• Agentliyin İdarə Heyəti sədrinin müavini

• Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müavini

Yəni TƏBİB faktiki olaraq bir neçə dövlət qurumunun ortaq nəzarət mexanizmi altında fəaliyyət göstərir.

Vüqar Qurbanovun işdən çəxarılmasından sonra İdarə heyətində də dəyişiklik gözlənilirəndir.

Redaksiyaya daxil olan məlumata görə, yaxın günlərdə İdarə Heyətinin özündə də ciddi kadr dəyişiklikləri baş verəcək.

Belə ki, hazırkı sədr Zaur Əliyevin vəzifədən uzaqlaşdırılacağı, onun yerinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavininin gətiriləcəyi bildirilir.

Mənbələr həmçinin qeyd edir ki, bir qədər sonra daha radikal struktur qərarları da gündəmə gələ bilər:

• TƏBİB-in Səhiyyə Nazirliyinə birləşdirilməsi

• İcbari tibbi sığortanın isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilməsi

Qeyd edək ki, Bakupost.az bu ssenari barədə hələ aylar əvvəl yazmışdı.

Nə dəyişəcək?

Ekspertlərin fikrincə, Vüqar Qurbanovun gedişi sadəcə şəxsi kadr dəyişikliyi deyil – bu, səhiyyə idarəçiliyinin yenidən mərkəzləşdirilməsi prosesinin başlanğıcıdır.

Əgər planlaşdırılan birləşmələr reallaşarsa:

• TƏBİB müstəqil qurum statusunu itirə bilər

• qərarvermə birbaşa nazirliklərə keçəcək

• icbari tibbi sığorta sosial müdafiə mexanizminin tərkib hissəsinə çevriləcək

Bu isə həm xəstəxanaların idarə olunmasına, həm maliyyə axınlarına, həm də vətəndaşların tibbi xidmətə çıxış mexanizminə ciddi təsir göstərəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
11
7
www.bakupost.az

10Sources