EN

BMTM sədri: C6 formatı qlobal enerji keçidində əsas platforma olacaq

BAKI, 18 fevral. TELEQRAF

C6 formatının yalnız tranzit dəhlizi deyil, həm də qlobal enerji keçidində əsas platforma olacaq.

Teleqraf xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev bu gün Bakıda keçirilən “C6: Vahid region, ortaq gələcək” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, 2025-ci ilin yanvarında Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında imzalanmış enerji tranziti və bərpaolunan enerji sahəsindəki memorandum bu əməkdaşlığın praktiki nəticəsidir: “Azərbaycanın Xəzər dənizi üzərindəki infrastrukturu dənizə çıxışı olmayan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarlarına açılan əsas qapıdır. C6 təşəbbüsü simvolik investisiyalar əvəzinə, ölçülə bilən və konkret nəticələrə söykənən infrastruktur layihələrini hədəfləyir”.

Chosen
77
teleqraf.com

1Sources