Rusiyada hərbi komendantlıq binasında partlayış baş verib.
Yerli KİV xəbər verir ki, hadisə Leninqrad vilayətinin Vsevolojsk rayonunda yerləşən hərbi komendantlığın binasında qeydə alınıb.
İlkin məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb, dağıntılar altında daha 3 ya 4 nəfərin qala biləcəyi bildirilir.
Partlayışdan sonra binanın ikinci və üçüncü mərtəbələrində uçqun baş verib, əlavə çökmə təhlükəsi qalır.
Hadisə yerinə təcili yardım və digər operativ xidmət əməkdaşları cəlb olunub.
Axtarış-xilasetmə işləri davam etdirilir.