Bu gün “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində (şərti olaraq 1/16 final) ilk oyununa çıxacaq.
İdmanxeber.az xəbər verir ki, tarixində ilk dəfə bu mərhələdə mübarizə aparacaq Ağdam təmsilçisi İngiltərə “Nyukasl”ını Bakıda qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq. Oyunu norveçli referi Espen Eskos idarə edəcək.
Xatırladaq ki, “Qarabağ” – “Nyukasl” cütünün qalibi 1/8 finalda “Barselona” və ya “Çelsi” ilə üz-üzə gələcək.
Çempionlar Liqası, pley-off mərhələsi, ilk oyunlar
21:45. “Qarabağ” (Azərbaycan) – “Nyukasl” (İngiltərə)
Hakimlər: Espen Eskos, Yan Erik Enqan, İsak Elias Başevkin, Siqurd Krinqstad
VAR: Rob Diyperink
AVAR: Dennis Hiqler
Tofiq Bəhramov adına Respublika Stadionu